AZ

Birdəfəlik ödəmələrin verilməsinə icaze.e-gov.az vasitəsilə qeydiyyat aparılır? – RƏSMİ AÇIQLAMA 

 

e59faf729cad43f42758b84cc9450ce6.jpg
06.04.2020 18:56

"Sosial şəbəkələrdə işsiz vətəndaşlara birdəfəlik ödəmələrin verilməsinə dair icaze.e-gov.az portalı vasitəsi ilə qeydiyyatın aparılması barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir".


TED.az xəbər verir ki, bu haqda Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidməti məlumat yayıb. 


Məlumata görə, müvafiq qeydiyyat prosesi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən elektron qaydada www.e-sosial.az portalı vasitəsi ilə həyata keçirilir. 


Daha ətraflı məlumatı BURADAN  vasitəsilə əldə edə bilərsiniz.


"icaze.e-gov.az portalı yalnız müvafiq dövlət və özəl təşkilatlarının əməkdaşlarının xidməti zərurətlə əlaqədar hərkətlərinin təmin edilməsi məqsədi ilə onlar üçün icazənin alınmasını təmin edir. Bir daha bildiririk ki, həqiqətə uyğun olmayan və şayiə xarakterli məlumatların yayımlanması xüsusi karantin rejiminin tələblərinə ziddir və bu cür halları yaradan şəxslər barəsində ciddi tədbir görüləcək", – deyə məlumatda qeyd olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox