AZ

#EVDƏQAL-ıb işləyənlər üçün 5 məsləhət

31613c2bbd2df2c7f937cd4dbe0cd7bd.jpg
06.04.2020 20:29

Adi vaxtda evdən işləmək çoxumuzun arzusu olsa da, indi niyə əvvəlki kimi işləyə bilmirik? Məhsuldarlığımızı aşağı salan nədir?


TED.az olaraq həmin sualların cavablarını sizə təqdim edirik:


1. Distant işin əsas mənfi tərəfi ofislə evin arasında sərhədin olmamasıdır. Evinizdə işləsəniz belə hər gün əvvəl olduğu kimi hazırlaşıb işləməlisiniz. Əl-üzünüzü belə yumamış evdə yataq paltarında gəzsəniz, məhsuldarlığı, ümumiyyətlə, unuda bilərsiniz.


Bu məsələdə 3 əsas qaydaya əməl etmək lazımdır: 


1.Yatdığınız yerdə işləməyin;


2.Yediyiniz yerdə işləməyin;


3.Yatdığınız geyimdə işləməyin.


Beləliklə, orqanizminizə ciddiyətinizi başa salmış olacaqsınız. Unutmayın ki, orqanizminiz sizi deyil, siz orqanizminizi idarə edirsiniz.


2. Yaxınlarınızla “sülh müqaviləsi” bağlamalısınız. Sizi işinizdən yayındıran elə bir evi bölüşdüyünüz insanlardır: həyat yoldaşınız, valideynləriniz, uşaqlarınız, ev heyvanlarınız...


Onlarla əvvəlcədən danışmasanız, işləməyiniz mümkün olmayacaq.


3. Özünüz üçün ayrı yer ayırmalısınız. 


İş şəraitini evdə təmin etmək üçün mini ofis yaratmalısınız. Söhbət bahalı dəri kreslolardan getmir, adi masa ilə stulunuz olsa, kifəyət edər. Divan və çarpayı kimi “tənbəllik təbliğatçıları”ndan müvəqqəti imtina edin. 


4. Öz qrafikinizi qurun və hərəkət edin.


Qrafik quraraq bütün işlərinizi vaxtında çatdıra biləcəksiniz və həm fiziki, həm də mənəvi sağlamlığa qovuşacaqsınız. Onu da nəzərə alın ki, ofisdəki oturaq iş evdəkindən fərqlidir. Evdən ofisə çatmaq üçün müəyyən məsafəni qət edirsiniz, nahar fasiləsində ofisdən çıxırsınız, su kullerinə kimi gedirsiniz. Yəni az da olsa, hərəkət edirsiniz. Evdə hərəkət etmək üçün özünüz idmanla məşğul olmalısınız. Bir saatdan bir məşq etməyə çalışın.


5. Hava almanız şərtdir!


Həyət, balkon, pəncərə, - hansı olursa olsun, məhsuldarlığınızı təmin etmək üçün hava almanız şərtdir. Orqanizminiz birbaşa təbiətə bağlıdır, təmiz havaya çıxmasanız, depressiya ilə üzləşə bilərsiniz. Bu da sizi, ümumiyyətlə, sıradan çıxarar. 


Bu çətin vaxtda hamıdan uzaqlaşıb asosiallaşmayın! Elə indi fasilə verib dostlarınızla danışın. Telefonu ki, əlinizdən almayıblar... Mənəvi sağlamlığınız nə qədər yaxşı vəziyyətdə olsa, işiniz bir o qədər yaxşı olacaq.

 

 

Fatimə  ZÜLFİQAR

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox