AZ

Azərbaycanda növbəti kibersaxtakarlıq halı aşkarlanıb 

afe0b664cdda73cd4d6596ab7fbf4263.jpg
07.04.2020 09:19

"Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizədə aktiv iştirak edən qurumlardan biri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin ASAN Xidmət Mərkəzi adından istifadə edilməklə, vətəndaşların saxta kampaniya adı ilə aldadılaraq zərərli keçidlərə yönləndirilməsi halı aşkar edilib".

 

TED.az xəbər verir ki, bu haqda Xüsusi Dövlət Mühafizə Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi məlumat yayıb.

 

Məlumatda qeyd olunur ki, hər bir vətəndaş belə saxta kampaniyalara qarşı diqqətli və ehtiyalı olmalıdır: "Nümunə reklam kampaniyaları ilə qarşılaşdığınız zaman onların araşdırılması üçün bizə göndərməyiniz xahiş olunur".

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox