AZ

Evdə xidmət üçün "Səyyar Nar" istifadəyə verilib - Müraciət qaydaları

 

a3e4755f7171ab1b880c4cd0d58dcc1d.jpg
07.04.2020 10:17

Nar mobile mobil operatoru koronavirus pandemiyasına görə, evdən çıxa bilməyən insanlar üçün "Səyyar nar" xidmətini istifadəyə verib.

 

TED.az xəbər verir ki, "Səyyar Nar" xidməti  sayəsində istifadəçilər Nar mərkəzlərində mövcud olan bütün xidmətləri elə evdəcə əldə edə biləcəklər. Bunun üçün istifadəçi sadəcə istədiyi xidmətlə bağlı müraciət etməlidir. Nar mobile avtomobili müraciətdə qeyd edilən ünvana gəlir Müraciəti çağrı mərkəzi və ya Nar+ tətbiqi vasitəsilə etmək mümkündür. Xidmət haqqı isə 1 dəfə üçün 10 AZN təşkil edir. Xidmət müraciətdən sonra 24 saat ərzində göstərilir.

 

Müraciət zamanı dəqiq ünvan, əlaqə nömrəsi və müraciət edilən xidmət növü mütləq qeyd edilməlidir. Xidmət birbaşa qeyd olunan ünvanda göstəriləcək. Xidmətin göstərilməsi üçün nömrənin rəsmi sahibi mütləq qeyd olunan ünvanda şəxsiyyətini təsdiq edən sənədlə birlikdə olmalıdır.

 

Qeyd edək ki, "Səyyar Nar" xidməti hazırda Bakı, Sumqayıt və Abşeron ərazilərini əhatə edir.

TED + bölməsindən digər xəbərlər

Daha çox