AZ

Gün ərzində 1369 nəfər inzibati məsuliyyətə cəlb olunub

db5cabe3fa680ec956d757b9dc7be9ad.jpg
07.04.2020 10:29

Gün ərzində 1369 nəfər inzibati məsuliyyətə cəlb olunub.

 

TED.az xəbər verir ki, Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 05.04.2020-ci il saat 00:00-dan 06.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1369 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

 

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 5446 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox