AZ

108 çağrı xidməti ilə əlaqə saxlaya bilməyənlərin nəzərinə: Yalnız bu saatlarda işləyir

 

4241504035cdcd666879dc6afc3eef46.jpg
07.04.2020 11:55

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi insanları icazə SMS-i ilə bağlı müraciətlərin çoxluğunu nəzərə almağa çağırıb.

 

TED.az xəbər verir ki, Aprelin 5-dən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” vasitəsi ilə vətəndaşların sorğuları cavablandırılmağa başlanılıb. Onlara  SMS-lə icazə zamanı anlaşılmazlıq yarandıqda 108 çağrı xidməti ilə əlaqə saxlamaq tövsiyə olunub. Amma bəziləri çağrı xidməti ilə əlaqə yarada bilmədiklərini iddia ediblər.

 

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyi isə vətəndaşların nəzərinə çatdırıb ki, 108 Çağrı mərkəzi yalnız  saat 09:00-dan 12:00-dək fəaliyyət göstərir. Müraciətlər ardıcıl olaraq cavablandırılır. İnsanlardan müraciətlərin çoxluğunu nəzərə almaları xahiş olunub.

 

Qeyd edək ki, SMS-lə icazə üçün 8103 əlaqə nömrəsinə müraciətə uyğun olaraq 1, 2, 3 rəqəmlərindən birini və şəxsiyyət vəsiqəsinin seriya nömrəsini yazmaq tələb olunur.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox