AZ

Zoom bəzi zənglərin Çindən yönləndirildiyini etiraf etdi

 

0c2b26768e1be99f60b181982f3b9877.jpg
07.04.2020 12:41

Koronavirus pandemiyasından sonra çox istifadə edilən Zoom proqramın yüklənməsinin qarşısını almaq məqsədilə bəzi zənginlərin Çindən idarə olunduğu etiraf edilib.

 

TED.az xəbər verir ki, Zoom fevral-mart aylarında Amerika, Avropa və İngiltərənin bir çox şəhərlərində yüz min dəfələrlə yüklənib. Proqramın istifadəçi sayının bu şəkildə artması təhlükəsizliklə bağlı bəzi şübhələri ortaya çıxarıb.

 

Proqram rəsmiləri istifadəçiləri təhlükəsizlik məsələlərinə inandırmaq məqsədilə bəzi zənglərin Çindəki məlumat mərkəzləri tərəfindən idarə olunduğunu etiraf etməli olublar. Şirkət rəsmiləri videozənglərin ən yaxındakı məlumat mərkəzindən idarə olunduğunu, internet kəsildiyi üçün zəng uğursuz olarsa, başqa bir məlumat mərkəzinin şəbəkəyə qoşulduğunu xatırladıblar.

 

Prosedur qaydaları normal olsa da, əksər istifadəçilər təhlükəsizlik məsələlərində Çinə çox etibar etmədiklərini bildiriblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox