AZ

Bu avtomobil şirkəti dünya üzrə 1,21 miyon maşının zəmanətini uzadıb

6955fdefe082115bb9fd1063a23b880f.jpg
07.04.2020 12:31

Cənubi Koreyaya məxsus Hyundai şirkəti koronavirus böhranı zamanı zəmanət müddəti bitən bütün avtomobilərin zəmanətini uzadıb. 

 

TED.az xəbər verir ki, bu haqda şirkət rəsmiləri məlumat yayıb.

 

Məlumata görə, avtomobilə zəmanətin müddətinin uzadılması dünyadakı bütün Hyundai avtomobillərinə şamil olunur: "Hazırda 175 ölkədə 1,21 milyondan çox zəmanətli avtomobil mövcuddur. Zəmanət müddəti bu ilin mart-iyun ayları arasında bitən Hyundai avtomobillərinin zəmanəti üç aya qədər uzadılacaqdır".

Dünya bölməsindən digər xəbərlər

Daha çox