AZ

Birdəfəlik ödəmə üçün müraciət edənlərin nəzərinə: Nömrənin adınıza olması mütləq deyil

 

ebb5ee9d2d622a28bd1a021cc8831e95.jpg
10.04.2020 10:31

Nazirlər Kabineti tərəfindən işsiz kimi qeydiyyata alınan şəxslərə aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə verilməsi nəzərdə tutulub.

 

Vətəndaş sosial müavinəti almaq üçün isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə onlayn müraciət edərkən, öz mobil nömrəsini qeyd etməlidir. 

 

Çoxları bu mobil nömrənin mütləq müraciətçinin adına olmalı olduğunu düşünür. Əslində isə belə deyil.

 

TED.az xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı APA TV-yə müsahibəsində məlumat verib. Bildirib ki, mobil nömrə müraciətçinin adına olmaya da bilər, sadəcə aktiv istifadə etdiyi nömrəni göstərməsi kifayətdir.

 

Qeyd edək ki, internetə əlçatanlığı olmayan, qeydiyyatdan keçə bilməyən vətəndaşlar olduqları rayon (şəhər) Məşğulluq Mərkəzlərinə işsiz kimi qeydiyyata alınmaqla bağlı xüsusi karantin rejimi dövründə istənilən gün telefonla müraciət edə bilərlər. Rayon (şəhər) Məşğulluq Mərkəzlərinin telefon nömrələrini bu linkə daxil olmaqla öyrənmək olar.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox