AZ

İrəli-yə yeni sədr seçildi – ONLAYN KONFRANSDA

239a98994b595ae4d8d0432f9c3cd9df.jpg
19.05.2020 19:22

Mayın 19-da “İrəli” İctimai Birliyinin onlayn formatda hesabat-seçki konfransı keçirilib.


TED.az xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatlarının, media qurumlarının rəhbər şəxsləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.


“İrəli” İctimai Birliyinin baş katibi Şahin Rəhmanlı qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. 


O bildirib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda fəallıqlarının artırılmasına xüsusi diqqət yetirir. 


Hesabat dövründə “İrəli” İctimai Birliyinin vətənpərvərlik, dövlətçilik və azərbaycançılıq dəyərlərinin təbliği üzrə onlarla müxtəlif layihə çərçivəsində 22 min 600-dən çox gənci əhatə edib. 


Qeyd olunub ki, yeni növ koronavirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İctimai Birliyi onlayn formatda üç böyük silsilə layihə həyata keçirib. Təşkilatın VII hesabat-seçki konfransı da bu onlayn fəaliyyətin daha bir nümunəsidir.


Hesabat məruzəsindən sonra təşkilatın İdarə Heyətinə seçki keçirilib. Namizədlər haqqında təqdimat nümayiş olunub və səsvermə prosesi başlayıb. 


İdarə Heyətinin üzvləri təsdiqləndikdən sonra Şahin Rəhmanlı səs çoxluğu ilə “İrəli” İctimai Birliyinin İdarə Heyətinin yeni sədri seçilib.


Göstərilən yüksək etimada görə “İrəli” İctimai Birliyinin kollektivinə təşəkkür edən Şahin Rəhmanlı daim gənclərin yanında olacağını, bundan sonra da peşəkar komanda ilə ictimai birliyin uğurları üçün çalışacağını bildirib.

TED + bölməsindən digər xəbərlər

Daha çox