Buraxılış imtahanlarının yeni şkalaya uyğun nəticələri açıqlandı – RƏSMİ
Buraxılış imtahanı vermiş IX sinif şagirdlərinin yeni şkalaya uyğun nəticələri açıqlanıb.
TED.az xəbər verir ki, imtahanda iştirak edən şagirdlərin fənn üzrə topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər şagirdin imtahan nəticələri öz səhifəsinə yerləşdirilib.
Məlum olduğu kimi, Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə “Ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin (attestasiyasının) aparılması Qaydaları”nda edilmiş müvəqqəti dəyişikliyə əsasən, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı bir mərhələdə – imtahanın ikinci mərhələsinin modeli əsasında keçiriləcək.
İmtahanda şagirdlərə tədris dili fənnindən 30, xarici dil fənnindən 30 və riyaziyyat fənnindən 30 olmaqla, ümumilikdə 90 tapşırıq təqdim edilir. Buraxılış imtahanında şagirdlərin toplaya biləcəyi maksimal bal hər fənn üzrə 100 bal olmaqla, cəmi 300 baldır.
Bu dəyişikliklər qüvvəyə minənədək ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların yekun qiymətləndirilməsi (attestasiyası) çərçivəsində keçirilən buraxılış imtahanları iki mərhələli olduğu zaman 2020-ci il martın 1-də imtahanın birinci mərhələsini vermiş şagirdlər bir mərhələli buraxılış imtahanını vermirlər, onların əldə etdikləri nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən hər fənn üzrə 100 ballıq şkalaya keçirilir.
Yeni qaydalara uyğun olaraq martın 1-də imtahanda iştirak edən şagirdlərin topladıqları ballar 100 ballıq şkalaya keçirilib və hər bir şagirdin imtahan nəticələri səhifəsinə yerləşdirilib. Yeni şkalaya uyğun yekun ballar şagirdlərin attestatına yazılacaq.
Yeni şkalaya uyğun imtahan nəticələri ilə BURADAN tanış ola bilərsiniz.
Qeyd edək ki, nəticələrin 100 ballıq şkalaya uyğunluğu 2018 və 2019-cu illərdə keçirilən imtahanlarda 9-cu sinif şagirdlərinin 1-ci mərhələdə topladıqları ballarla 2-ci mərhələdə topladıqları ballar arasındakı statistik əlaqənin araşdırılmasının nəticələrinə əsasən müəyyən olunub.
Yeni şkalaya uyğun qiymətindən narazı olanlar üçün sentyabr ayında imtahan (bir mərhələli imtahan modelinə uyğun) keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək istəyən şagirdlər oxuduqları təhsil müəssisəsinə müraciət etməlidirlər (təhsil müəssisələri fəaliyyətini bərpa etdikdən sonra).
Sözügedən buraxılış imtahanında iştirak etmiş və orta ixtisas təhsili müəssislərinə qəbul olmaq üçün sənəd vermiş abituriyentlər müsabiqədə iştirak üçün iyun ayında keçiriləcək imtahana qatılmalıdırlar. Müsabiqə yeni qaydalara uyğun keçiriləcək imtahanın (bir mərhələ) nəticələrinə əsasən aparılacaq.
TED + bölməsindən digər xəbərlər
OpenAI və Amazon 38 milyard dollarlıq nəhəng müqavilə imzalayır!
iPadOS 26.1 yeniləməsi buraxıldı
watchOS 26.1 və tvOS 26.1 yeniləmələri buraxıldı
iPhone ilə işləyən MacBook qiyməti ilə təəccübləndirəcək!
Apple iOS 26.2 beta versiyasını buraxdı!
App Store veb səhifəsi yeniləndi
Galaxy S26-nın təqdimat tarixi açıqlandı
Samsung Galaxy Z TriFold üçün yeni şəkillər paylaşılıb
Ən populyar qrafik kartları açıqlanıb
Qoruyucu əlcəklər artıq motosiklet sürənlər üçün məcburidir
Togg elektrikli avtomobil satışında birinci yeri qoruyur
Yeni Toyota Hilux gəlir
Lenovo ağıllı eynəkləri ilə təəccübləndirəcək
Atari 2600+ Pac-Man Edition buraxıldı!
Mini PlayStation 5 hazırladılar!
8 Elite Gen 6 iki fərqli modeldə satışa çıxarılacaq!
İndi Sən Məni Gör 3 treyleri yayımlandı
WhatsApp Apple Watch proqramı buraxıldı
Metroid Prime 4-ün buraxılış tarixi açıqlandı!
Ayın qazılması rəsmi olaraq davam edir
Apple-ın Yeni Məhsulları Bəlli Oldu
Windows 11-ə keçərkən diqqətli olun!
ChatGPT İndi Reklam Göstərə Bilər!
Redmi Turbo 5 – 9.000 mAh-lıq Nəhəng Batareya İddiası!
BMW və Samsung ittifaq qurur
Google Tərcümə “İrəliləmiş” Modelini Sınaqdan Keçirir
Siri Google Gemini İnfrastrukturuyla Güclənəcək
Windows 10-un 10 İllik Xətası Nəhayət Həll Olundu!
Xiaomi-dən Elektrikli Avtomobil Rekordu!
Həftənin ən çox oxunanları
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
Samsung-un gəlirləri zirvəyə çatdı
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Google Gemini rekord qırdı!
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




