Pandemiya şəraitində cinayətkarlığın tendensiyaları ilə bağlı onlayn vebinar keçirildi
Mayın 20-də Azərbaycanın birinci və apellyasiya instansiyası məhkəmələrinin hakimləri, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokurorları və Ədliyyə Akademiyasının əməkdaşları Bolqarıstan Milli Ədliyyə İnstitutu tərəfindən keçirilən “COVID–19 pandemiyası şəraitində cinayətkarlığın tendensiyaları" onlayn vebinarına qatılıblar.
TED.az xəbər verir ki, vebinarda Avropa, Asiya və Şimali Amerikanın 20-dən çox ölkəsindən 120-dən artıq hakim və prokuror iştirak edib.
Təlimdə Milli Ədliyyə İnstitutunun direktoru Miqlena Taçeva, Avropa Hakimlərin Tədrisi şəbəkəsinin baş katibi, hakim Markus Brukner çıxış edərək hakimlərin təlimləri baxımından belə təşəbbüslərin əhəmiyyətini vurğulayıblar.
Vebinarda pandemiya dövründə maliyyə və iqtisadi cinayətlər, kibercinayətkarlıq, dələduzluqla mübarizə kimi aktual məsələlər müzakirə olunub.
Bundan başqa, ABŞ-ın Ədliyyə Departamentinin Bolqarıstan və Rumıniya üzrə şöbəsinin hüquq məsləhətçisi Cessika Kim mövzu ətrafında məruzə ilə çıxış edib, iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











