“Baktelecom” “İçərişəhər” qoruğu və mərkəzi küçələrdə optik şəbəkəyə keçidi sürətləndirib
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Bakı Telefon Rabitəsi” MMC paytaxt sakinlərinin genişzolaqlı xidmətlərlə təminatı üçün “Evədək optika” layihəsinin icrasını sürətləndirib.
TED.az xəbər verir ki, artıq “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda 1600 mənzil və qeyri-yaşayış sahələrindən 500-ə qədəri optik xətlər üzərindən keyfiyyətli multimedia xidmətləri ilə təmin edilib. Yaxın zamanda qoruğun bütün ərazisinin genişzolaqlı xidmətlərlə tam təchiz olunması nəzərdə tutulur.
Eyni zamanda, paytaxtın Nizami, Rostropoviç, Süleyman Tağızadə, Zərgərpalan, Bünyad Sərdarov və Abdulla Şaiq küçələrində köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkəyə keçid prosesi davam etdirilir.
Hazırda görülən işlərin nəticəsi olaraq “AzEuroTel” tərəfindən 5 mindən artıq mənzil optik şəbəkəyə keçirilib.
100 Mbit/s-ə qədər qoşulma sürəti, kəsintisiz internet, telefon xətlərindən asılılığın olmaması kimi üstünlüklərə malik “Evədək optika” xidməti “Baktelecom”un abunəçilərinə ödənişsiz təqdim etdiyi modemlər üzərindən göstərilir.
Məlumat üçün bildirək ki, “Baktelecom” “Evədək optika” layihəsini GPON (Gigabit Passive Optical Network) texnologiyası əsasında tətbiq edir. Bu texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və televiziya xidmətlərindən istifadə imkanı verir.
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
