AZ

Maskadan istifadə olunsa toy məclisləri keçirilə bilərmi? - RƏSMİ

 

47066550fe492dfef0663c963fb04f55.jpg
22.05.2020 18:10

“İyun ayında maskalardan istifadə olunsa belə toy və digər məclislərin keçirilməsi planlaşdırılmır”.

 

TED.az xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti Yanında Operativ Qərargahın brifinqindəki çıxışı zamanı bildirib. 

 

R.Bayramlının sözlərinə görə, bu məsələlər epidemiyanın azalmasından sonra planlaşdırılacaq: “Qərargahda bu məsələ müzakirə edilib. Lakin beynəlxalq göstəricilər onu bildirir ki, toy və digər məclislərin keçirilməsi hazırda çox təhlükəlidir. Epidemiya azaldıqdan sonra, bu istiqamətdə ictimaiyyət məlumatlandırılacaq”.

 

Nuranə DAXİLQIZI

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox