Telefonlar uşaqların əl motorikasını pozur – VİDEO – ARAŞDIRMA
“Motorika” termini ilə tez-tez rastlaşmasaq da, o özündə həyatımızda mühüm rol oynayan funksiyalardan birini əks etdirir. Beyin və orqanizmin ətrafları ilə əlaqə quran və ətraflara “əmr verən” mexanizm məhz motorikaya aiddir. Kiçik yaşdan formalaşan motorika funksiyaları bir çox amillərdən aslıdır. Psixoloqların sözlərinə görə, uşaqların işlətdiyi smartfonlar və digər sensor qurğular bu mexanizmə birbaşa təsir edir.
TED.az olaraq elektron cihazların uşaqların motorika funksiyalarına təsirini araşdırdıq:
Müasir dünya müxtəlif qurğularla doldurulur: smartfonlar, planşetlər, notbuklar... Hər uşağın əlində oxşar cihazlardan birini görmək olar. Elektron qurğular bütün oyuncaqları geridə qoyaraq yeni nəsli formalaşdırmağa davam edir.
Bəs bu faktor uşağa necə təsir edir?
Əvvəla, onun kiçik motorika funksiyaları pozulur. Məlumat üçün bildirək ki, motorikanın bir hissəsi olan “Kiçik motorika" termini barmaq və əl əzələlərinin koordinasiyalı hərəkətlərinə cavabdehdir.
Uşağın şəhadət barmağının əvəzinə tez-tez baş barmağını planşetdəki səhifələri çevirib necə istifadə etdiyini görə bilərik. Bu, yalnız sensor ekrana aid deyil. Uşaq şəhadət barmağının əvəzinə hər yerdə baş barmağından istifadə etməyə başlayır: işığı yandırıb-söndürdükdə, qapı zəngini basdıqda və s. Gələcəkdə barmaqların düzgün istifadə olunmaması uşağın qrafomotor bacarıqlarına təsir göstərə bilər ki, bu da onun məktəbə hazırlıq səviyyəsini və ümumi inkişafını ləngidə bilər.
Bundan əlavə, əl və barmaqların hərəkətlərində nizamsızlıq, əl-göz koordinasiyasında da problemlər yaranması mümkündür.
Uşaqlar smartfondakı 2D dünyanı görməyə o qədər öyrəşirlər ki, reallıqdan tamamilə uzaqlaşırlar. Onlar üçün hərəkətlərini planlaşdırmaq çətin gəlir.
Yuxarıda göstərilən amillərin hamısı kiçik motorika bacarıqlarının inkişafına mənfi təsir göstərir. Müasir dünyada, neyrotipik uşaqlar belə, kiçik motorika funksiyaları ilə problem yaşaya bilərlər. Buna görə də kiçik motorika bacarıqlarının inkişafı aktual problem hesab olunur. Kiçik motorika nitqin inkişafı ilə də əlaqəlidir. Uşağın yetkinliyi və ümumi inkişaf səviyyəsi motorikanın inkişafı ilə qiymətləndirilir.
Uşaqların motorika bacarıqlarını inkişaf etdirmək üçün nə etmək lazımdır?
Uşaqların kiçik motorika funksiyalarını inkişaf etdirmək üçün bir sıra oyunlar mövcuddur. Psixoloq və pediatrlar tövsiyə edirlər ki, valideynlər uşaqların əllərinə smartfonu verərək deyil, onlarla kiçik əşyaları ehtiva edən oyunlarla asudə vaxtlarını keçirsinlər. Bu cür oyunlarda kiçik əşyalar müxtəlif yarmalar, qum, kiçik toplar, kibrit çubuqları, un, daşlar, makaron, düymələr, pazl və konstruktor şəklində ola bilər. Bundan əlavə, rəsm, aplikasiya və plastilin ilə düzəldilən fiqurlar uşaqları həm əyləndirər, həm də motorika inkişafına xeyli kömək edə bilər.
Motorikanın inkişafı üçün olan məşqləri aşağıdakı videonu izləyərək daha dəqiq şəkildə təkrar edə bilərsiniz.
Fatimə ZÜLFİQAR
TED + bölməsindən digər xəbərlər
“İlin Avtomobili 2026” finalistləri açıqlanıb
Telefon satışları artıb: Yeni bazar liderləri açıqlanıb
Google Chrome gözlənilən yeniliyi təqdim edir
Samsung-un gəlirləri zirvəyə çatdı
Apple Q4 2025 gəlirləri açıqlanıb: Bu qədər pula ölkə ala bilərlər!
WhatsApp Apple Watch üçün rəsmi tətbiqi gəlir
Nvidia Tətbiq Yeniləməsi
Galaxy AI yeni dil dəstəyi qazandı!
iPhone 17 Pro Max-ın soyutma sistemi onu dondurdu!
Google Gemini rekord qırdı!
DJI Neo 2 əl dronu təqdim edildi
2026-cı ilin ən çox gözlənilən texnoloji məhsulları!
Microsoft paylaşdı: Xbox satışları kəskin düşdü!
Samsung: Süni zəkaya yönəlmiş HBM4 yaddaşı yolda
Microsoft-un baş direktorundan maraqlı açıqlama
Nokia-nın bazar dəyəri pik həddə çatır
Apple iPad üçün yeni tətbiqlər yayımlayacaq
Xiaomi 15 üçün HyperOS 3 Ümumdünya Paylanmasına Başlandı
YouTube süni intellekt ilə videoları HD-yə yüksəldir
Nvidia bazar dəyəri ilə rekord qırdı!
Microsoft məlumat mərkəzlərinin sayını iki dəfə artıracaq
OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
Galaxy S25 Plus yandı!
Google Play-də böyük dəyişiklik
Instagram Reels alqoritmi üçün sevindirici xəbər
Google bağlanmış nüvə stansiyasını yenidən işə salacaq
Həftənin ən çox oxunanları
Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
Sony İlk 200MP Kamera Sensorunu Hazırlayır!
Xiaomi 17 Air gəlir!
Windows 10 dəstəyinin bitməsi Mac satışlarını artırdı
Modulyar telefon HMD Fusion 2 yoldadır
iPhone 18 Elon Maskı sevindirəcək!
Xbox imkansızı bacardı! Yaponiyada rekord səviyyədə artım!
Microsoft Copilot-a Yeni Süni Zəka Xarakteri: Mico
Apple M6 iPad Pro yeni soyutma sistemi ilə gəlir
iPhone kamerasına səviyyə qazandıran tətbiq!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




