AZ

Türkiyədən Azərbaycana uçuşlar bu tarixdə bərpa ediləcək

 

21582dd35eb9176b5116caf0e5100fe3.jpg
25.05.2020 17:55

Türkiyə xarici uçuşlarını xarici turistlərə açıq elan edir.

 

TED.az xəbər verir ki, Türkiyə Azərbaycana uçuşları gələn ay – yəni iyunun 15-dən bərpa edir.

 

Yunanıstana 10 iyun, Almaniya, Macarıstan, Polşaya 15 iyun, Qazaxıstana isə 20 iyundan uçuşlar bərpa edilir.

 

“Azərbaycan Hava Yolları 15 iyuna qədər uçuşlarını dayandırıb. Uçuşların bu tarixdən sonrakı cədvəli ilə bağlı dəqiq məlumat yoxdur”, – deyə AZAL-dan bildirilib.

 

Türk Hava Yollarından Qazet.az-a verilən açıqlamada artıq iyun ayının 10-dan etibarən İstanbul və Ankara istiqamətində Bakıdan uçuşların həyata keçiriləcəyi deyilib.

 

“Hazırda uçuşlarla bağlı heç bir problem yoxdur. Amma pandemiya səbəbindən hər şey dəyişə bilər. Lakin iyun ayının 10-dan uçuşlar var. Əgər uçuş təxirə salınarsa, bu zaman 2 ay müddətində biletin məbləği müştəriyə qaytarılacaq”.

TED + bölməsindən digər xəbərlər

Daha çox