AZ

Dünyanın ilk Off-Road avtobusu: Torsus Praetorian

4b0ef17c58d43cd25bf0c94130558cf0.jpg
26.05.2020 22:57

Çexiyada dünyanın ilk 4×4 Off-Road avtobus modeli Torsus Praetorian hazırlanıb. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, məktəb avtobuslarını xatırladan model olduqca modern dizayna sahibdir. 35 sərnişin üçün nəzərdə tutulan avtobus 2020 Red Dot Award mükafatı da alıb. 


6,9 litrlik 240 at gücündə dizel mühərrikə sahib nəqliyyat vasitəsi yarıavtomatik sürət qutusu ilə təmin edilib. 


Avtobusun gövdəsi fiberglass istifadə edilərək hazırlanıb. Cızıqlara qarşı Line-X balistik üzlük əlavə olunub.


Model daha çox yüksək gəlirli avtomobil həvəskarları üçün nəzərdə tutulub. Bunu elə qiymətindən də aşkar görmək olar. Belə ki, Torsus Praetorian avtobusuna sahib olmaq istəyən şəxs 154 min dollarından keçməyə hazır olmalıdır. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox