AZ

İnsanların 90 faizindən çoxunun koronavirusa yoluxma riski var

00aeb1098f48033c19fd52d896a97ff2.jpg
28.05.2020 10:31

Müxtəlif ölkələr tətbiq etdiyi sərt tədbirləri aradan qaldırdıqca koronavirus pandemiyasının yayılma riski də artır.

 

TED.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Tarik Yasareviç deyib.

 

Onun sözlərinə görə, aparılan təhlillər onu göstərir ki, çox az sayda adamda koronavirusa qarşı anti-cismlər mövcuddur: "İnsanların 90 faizindən çoxunda isə koronavirusa yoluxma riski var. Bu səbəbdən də biz müəyyən qadağaları saxlamalıyıq".

 

T.Yasareviç bildirib ki, "COVID-19" vaksinin tapılması üçün dünyada çox sayda gərgin işlər aparılır. ÜST-də 100-dən çox vaksin sınaq mərhələsindədir: "Kliniki sınaqlara keçmək müəyyən qədər zaman alacaq. Bu sınaqlarla biz ilk növbədə tapılan vaksinin təhlükəsiz və effektli olmasına əmin olmalıyıq, lakin bu proses bir neçə ay vaxt aparacaq. Hər şey qaydasında getsə, bir il ərzində vaksinə sahib ola bilərik".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox