AZ

Bu mobil operator şirkətinin abunəçi sayı 5 milyonu keçdi

 

6c966f3aeb3a7fe2edd65b4cb7180473.png
28.05.2020 10:55

Azercell Telekom-un abunəçi sayı artıq 5 milyonu keçdi. Azercell şirkətinin 5 milyonuncu abunəçisi Sabirabad rayon sakini Elvin Mirzəyev oldu. 

 

Bu barədə TED.az-a şirkətdən məlumat verilib. 

 

Məlumata görə, şirkət 5 milyonuncu üzvünü xüsusi hədiyyələrlə qarşılayıb. 

 

Azərbaycanda “Apple” şirkətinin yeganə rəsmi telekom tərəfdaşı olan Azercell yeni müştərisinə müasir dizayna, güclü prosessor və kameraya malik yeni “iPhone SE” smartfonu və “Sərbəst75” tarifinə 1 illik pulsuz abunəlik hədiyyə edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox