AZ

Azarkeşlər stadiona virtual alqış və fit göndərə biləcəklər - YENİLİK

ec52482656c92384e90cac4aec0322b3.jpg
28.05.2020 11:12

Yaponiyada azarkeşlər üçün xüsusi bir tətbiq yaradılıb. Artıq stadionlara virtual alqış və fit göndərmək mümkün olacaq. 

 

TED.az xəbər verir ki, virtual alqışlar pandemiyaya görə boş tribunalarda keçirilməli olan matçlarda əvvəlki atmosferi yaratmağa kömək edəcək.

 

Tətbiq istifadəçilərinin interfeysdə bir neçə mümkün dəstək alətlərindən birini seçə biləcəyi qeyd olunur. Dinləyicilər vasitəsilə stadionlarda alqışlar və ya narazılıq səsləri daxil ediləcək.

 

Buna görə də qarşılaşma zamanı tamaşaçıların canlı reaksiyası eşidiləcək. Bundan əlavə, azarkeşlər müəyyən istifadəçilərin başladığı mahnıları məsafədən ifa edə biləcəklər. 

 

Sistemin pandemiyadan sonra da istifadə ediləcəyi qeyd olunur: "Bununla da gələcəkdə matçda iştirak edə bilməyən tamaşaçıların duyğularını ifadə etməsi mümkün olacaq".

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox