AZ

Hind okeanı dərinliklərindəki tektonik plitə parçalanıb

2ff2a4a7120d0aa647e28e5cbe06d5df.jpg
28.05.2020 21:58

Hind okeanının dərinliklərində yerləşmiş Hind-Avstraliya litosfer plitəsinin iki hissəyə bölündüyü məlum olub. 


TED.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu haqda “Geophysical Research Letters” jurnalında dərc edilmiş tədqiqatda məlumat verilir. Alimlər bu prosesi 2012-ci ildə İndoneziya ərazisində iki güclü zəlzələ baş verdikdən sonra müşahidə etməyə başlayıblar.


Tədqiqatçıların hesablamalarına görə, plitə ildə təxminən 1,7 millimetr sürətlə çatlayır. Başqa sözlə, milyon il sonra çatlamış yerin dərinliyi 1,7 kilometr təşkil edəcək.


Qeyd edək ki, Yaxın Şərqdə Ölü dənizdə mövcud olan qırılma bundan təxminən iki dəfə, Kaliforniyadakı San-Andreas qırılması isə 10 dəfə daha sürətli artır. 


Hind-Avstraliya litosfer plitəsinin on milyonlarla il sonra tamamilə parçalanacağı güman olunur.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox