AZ

Pablo Eskobarın qardaşı indi də ikiqat ucuz qiymətə iPhone 11 Pro satır

83f818cb29cf00ad8f9cd0a391eaf15b.jpg
28.05.2020 22:47

Pablo Eskobarın qardaşı Roberto Eskobar tərəfindən satılan Escobar Fold 2 qatlanan telefon modelinden sonra bu dəfə qızıl üzlüklü iPhone 11 Pro gündəmə gəlib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, R.Eskobar rəsmi saytı vasitəsilə yenilənmiş və qızıl üzlüyə salınmış iPhone 11 Pro satışı həyata keçirməyə başlayıb. 


İşin maraqlı tərəfi isə telefonun cəmi 499 dollara olmasıdır. Çünki iPhone 11 Pro-nun normal satış qiyməti 999 dollardır. Yenilənmiş modelə isə Escobar Gold 11 Pro adı verilib. 


Zədələnmiş cihazları təmir edərək onları qızıl üzlüklə təkrar satan firma - Escobar Inc gündəmdə qalmağı bacaracaq kimi görünür.


Qeyd edək ki, minlərlə insanın ölümünə səbəb olan narkobaron Pablo Eskobarın doğma qardaşı olan Roberto Eskobar ötən ildən etibarən telefon işinə girib. Escobar Fold 1 ilə bazara daxil olan, daha sonra Escobar Fold 2 "ağıllı" telefon modelini təqdim edən işbaz Samsung Galaxy Fold-un təqlidi ilə bağlı gündəm olmuşdu. Daha sonra isə əslində modelin həqiqi Galaxy Fold-dan yığıldığı ortaya çıxmışdı. Qiyməti isə Galaxy Fold-dan fərqli olaraq 1980 deyil, cəmi 399 dollar təyin edilmişdi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox