AZ

Feysbuk və Tvitter Rusiyaya təzminat ödəməkdən imtina etdi - SƏBƏB

 

c739ec15cf08ab7c9403e48c3178169b.jpg
29.05.2020 10:43

Feysbuk və Tvitter onlara qarşı Rusiyada məhkəmə qərarı ilə rəsmiləşdirilən 4 milyon rubl təzminatı ödəməkdən imtina edib.


TED.az xəbər verir ki, Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar üzrə Dövlət Nəzarəti Xidməti ("Roskomnadzor") bir müddət öncə Feysbuk, eləcə də Tvitter istifadəçisi olan rusların ünvanlarının, fotolarının və digər şəxsi məlumatlarının məxfiliyinin qorunmadığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

 

Nəticədə sosial şəbəkələr cərimələnmişdi. Ancaq cərimə ödənilməyib. Bundan narazılıq edən "Roskomnadzor"un etirazına cavab olaraq Feysbuk və Tvitter Rusiyada çıxarılmış məhkəmə qərarının məntiqsiz olduğunu bildirib. Hər iki şirkət Rusiyada rəsmi qeydiyyata alınmadıqları halda bu ölkənin məhkəməsində 4 milyon rubl cərimələnmələrini qeyri-qanuni hesab edib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox