AZ

Azərbaycan Türkiyədən avtomobil idxalını artırıb

 

633094dd04b76b2f5a2bd8e559c3180d.jpg
29.05.2020 10:24

2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 55,97 faiz artaraq 29,726 milyon dollar təşkil edib.

 

TED.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

 

Nazirlik qeyd edib ki, 2020-ci ilin aprel ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin aprel ayına nisbətən 121 faiz artaraq 7,812 milyon dollar təşkil edib.

 

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 7,576 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 26,9 faiz azalıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox