AZ

Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

 

75ee9827341455a8358f2db78270008e.jpg
29.05.2020 11:32

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə Quba, Bərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

 

Nazirlikdən TED.az-a verilən məlumata görə, məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkilində müasir infrastrukturun qurulmasıdır.

 

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlik çəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatları təqdim olunmaqla, onların yeni yiyələndikləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

 

Hazırda Nazirliyin Bakı, Göyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.

Elm bölməsindən digər xəbərlər

Daha çox