AZ

Bu yolla onlayn POS-terminala sahib ola bilərsiz

 

73c580f8a88b8e84b86951b75a777324.jpg
29.05.2020 12:50

Yeni IBA Link xidməti ilə heç bir ödəniş etmədən, həm də sadəcə 2 günə virtual POS-terminal sahibi olmaq mümkündür.

 

TED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankın təqdim etdiyi bu xidmət müştərilərin işini çox asanlaşdıracaq. Onlar  virtual POS-terminal sayəsində məhsullarının ödənişini artıq daha sürətli, təhlükəsiz və rahat şəkildə onlayn edə biləcəklər.

 

Müştərilər təqdim edilən məhsul və xidmətləri sifariş etdikdən sonra IBA Link səhifəsinə keçid edib, ödənişi bank kartları vasitəsilə aparırlar. Eləcə də, ödənişin həyata keçirilməsi üçün link müştəriyə müxtəlif kommunikasiya kanalları (WhatsApp, SMS, elektron məktub və s.) vasitəsilə göndərilə bilər. Ödəniş həyata keçirildikdə müştəri əməliyyat barədə məlumatları anında qəbul edəcəklər.

 

IBA Link vasitəsilə 24/7 rejimində onlayn ödənişləri qəbul edə bilərsiniz. Bunun üçün xüsusi inteqrasiya proseslərinə gərək yoxdur.

 

Bu xidmətə qoşulma haqqı tələb olunmur.

TED + bölməsindən digər xəbərlər

Daha çox