AZ

Volkswagen bu ölkəyə 2 milyard dollardan çox investisiya yatıracaq

 

8aa1b3d99281b8cc3383b97344cb93e4.jpg
29.05.2020 16:28

Almaniyanın avtomobil istehsalçısı Volkswagen AG (VW) Çinin 2 elektrikli nəqliyyat vasitəsi istehsalçısına 2,1 milyard avro (2,33 milyard ABŞ dolları)  investisiya yatıracaq.

 

TED.az xəbər verir ki, məşhur avtomobil istehsalçısı Çinin “Anhui Jianghuai Avtomobil Qrup”un dövlət mülkiyyətində olan səhmlərinin 50%-ni almaq və elektrik nəqliyyatı vasitəsinin istehsalı üçün birgə yaradılan müəssisədəki payını 75%-ə çatdırmaq üçün 1 milyard avro sərmayə qoyacaq.

 

Bununla yanaşı, Volkswagen Çinin elektrikli nəqliyyat vasitələri üçün batareyalar istehsal edən “Guoxuan High-tech Co Ltd” şirkətinin 26,5%-ni satın almaq üçün 1,1 milyard avro investisiya yatıracaq.

 

Xatırladaq ki, ötən il VW bu ölkədə avtomobil zavodu alaraq Çində zavod sahibi olan ilk xarici avtomobil istehsalçısı olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox