AZ

İctimai nəqliyyatda və dayanacaqlarda maska taxmaq məcburi oldu

306883a251a1080df93766424fbe4d36.png
29.05.2020 17:18

İctimai nəqliyyat və dayanacaqlarda maska taxmayanlar inzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə cəlb olunacaq.

 

TED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə qərarında bildirilib.

 

Qərara əsasən, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində, ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə sosial məsafə gözlənilməli və tibbi maskadan istifadə edilməlidir.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox