AZ

Diqqət: Kafe və restoranların fəaliyyət şərtləri dəyişdirildi

 

537b831a4795d477a7019d9528c698ec.jpg
29.05.2020 17:28

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət 31 may 2020-ci il saat 00:00-dan etibarən saat 08:00-dan 22:00-dək həyata keçiriləcək.

 

TED.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ qərargahın qərarında bildirilir.

 

Qərarda qeyd olunur ki, ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisnadır.

 

Xatırladaq ki, indiyədək Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək həyata keçirilirdi.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox