AZ

Əli Əsədov MDB Hökumət Başçıları Şurasının videokonfransında 

3ea5298daec0b33876566902932d8b43.jpg
29.05.2020 21:27

Mayın 29-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında iclası keçirilib. 


Nazirlər Kabinetindən TED.az-a verilən məlumata görə, iclasda Azərbaycanın Baş naziri Əli Əsədov iştirak edib.


MDB hökumət başçıları iqtisadi və humanitar sahələrdə əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər, 2030-cu ilədək Birliyin iqtisadi inkişaf Strategiyası layihəsini nəzərdən keçiriblər. Şura üzvləri, həmçinin koronavirus (COVID-19) 

infeksiyasının yayılmasına qarşı mübarizədə birgə səylərə dair fikir mübadiləsi aparıblar. 


İclasda çıxış edən Əli Əsədov gündəliyə daxil edilmiş məsələlərin əhəmiyyətinə toxunub. 


Baş nazir koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə mümkün təsirlərin aradan qaldırılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi məqsədilə ölkəmizdə görülən təxirəsalınmaz tədbirlərdən danışıb. Bu xüsusda MDB-yə üzv dövlətlər tərəfindən pandemiyaya qarşı birgə səylərə dair qəbul ediləcək qərarın önəmini vurğulayıb.


Ə.Əsədov nəqliyyat sahəsinə investisiyaların yatırılması nəticəsində ölkəmizdə müasir nəqliyyat infrastrukturunun yaradıldığını, bu infrastrukturun onlarla ölkəni birləşdirən Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizlərinin yaradılmasında, həmçinin pandemiya şəraitində ölkələr arasında ticarətin açıq saxlanılmasında və beynəlxalq yükdaşımaların fasiləsiz olaraq həyata keçirilməsində böyük rol oynadığını qeyd edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox