AZ

PlayStation 5-in bütün detalları nə zaman açıqlanacaq?

d6c3e5776aba9584ee9e365044c13f2f.jpg
29.05.2020 23:51

Çox maraqla gözlənilən oyun konsolu PlayStation 5-in bütün detallarının nə zaman təqdim ediləcəyi məlum olub. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, daha əvvəl iyunun 3-də təqdim ediləcəyi deyilən detallar bir gün sonra, iyunun 4-də açıqlanacaq. 


Tədbirdə konsolun dizaynının da nümayiş etdiriləcəyi, oyunlar haqqında məlumat veriləcəyi deyilir


Qeyd edək ki, istehsalçı Sony şirkəti iyulun 13-dən sonra PS4 üçün sertifikatı alınacaq hər oyunun PS5-də oynanılmasını əsas şərt kimi qoyub. 


Detallar arasında oyun konsolunun qiymətinin də yer alacağı gözlənilmir. Ancaq yenə də sürprizə hazır olmaq lazımdır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox