AZ

Sutka ərzində koronavirusa yoluxanların sayı 107 mindən çox olub

 

1e4560eafe0eca602b1a3072318c242f.jpg
30.05.2020 09:43

Dünyada yeni növ koronavirusa yoluxanların sayı sutkada 107 mindən çox artaraq 5,7 milyonu keçib. Koronavirusdan ölənlərin sayı 4,3 mindən çox artaraq 357 mini keçib.

 

TED.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı bildirib.

 

Məlumata əsasən, dünyada 5 701 337 yoluxma və 357 688 ölüm halı qeydə alınıb. Sutka ərzində 107 740 daha çox yoluxub, daha 4 354 nəfər ölüb.

 

Şimali və Cənubi Amerika bölgəsi yoluxanların sayına görə birinci yerdədir - 2 613 092 nəfər. Sutkada onların sayı 56 647 nəfər artıb. Orada ölənlərin sayı 2 800 nəfər artaraq 151 212 nəfərə çatıb. Avropada 2 102 574 yoluxma və 178 378 ölüm halı qeydə alınıb. 24 saat ərzində infeksiyaya yoluxanların sayı 22650 nəfər, ölənlərin sayı isə 1047 nəfər artıb.

 

Dünyada yoluxanların sayında üçüncü yeri Şərqi Aralıq dənizi bölgəsi tutur. Orada 475 419 yoluxma faktı aşkarlanıb, 11 833 ölüm halı qeyd alınıb. Sutka ərzində yoluxanların sayı 13 595 nəfər artıb, 212 nəfər ölüb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox