AZ

Bakıda 6 yeni dayanacaq məntəqəsi təşkil edilib

f8e3948727013f2dd7292a6f7cad7328.jpg
30.05.2020 16:50

Bakıda marşrut xətti boyunca təhlillər aparılıb və əlavə olaraq 6 yeni dayanacaq məntəqəsi təşkil edilib.

 

Bu barədə TED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

 

11 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişindaşımaları artıq “BakuBus” avtobusları ilə həyata keçirilir. Bu isə gündəlik daha 30 min nəfərə yaxın sərnişinə keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi deməkdir.

 

Ekoloji baxımdan təmiz Avro 6 standartlarına cavab verən “BakuBus” avtobusları eyni zamanda fiziki imkanları məhdud sərnişinlərimiz üçün əlçatandır.

 

Bu gün, həmçinin 11 nömrəli marşrut xəttinin də keçdiyi avtobus dayanacaq məntəqəsində sərnişinlərə qoruyucu tibbi maskalar və maarifləndirici flayerlər paylanılıb. Nəqliyyat Könüllüləri sərnişinlərə koronavirus infeksiyasına dair metodiki göstərişlərə riayət olunmasının, o cümlədən də maskadan istifadənin zəruriliyini izah ediblər.

 

Qeyd edək ki, sərnişinlərə maska və flayerlərin paylanılması aksiyası mayın 19-dan başlayıb və qarşıdakı günlərdə də davam edəcək. Ümumilikdə 100 min ədəd maskanın paylanılması nəzərədə tutulub.

TED + bölməsindən digər xəbərlər

Daha çox