AZ

Sosial şəbəkələrin Azərbaycan və dünya üzrə istifadəçi fəallığı açıqlanıb 

003818bdc9121c7dfdad9d1f3d3d4efb.jpg
02.06.2020 10:45

Sosial şəbəkələrin Azərbaycan, eləcə də dünya üzrə istifadəçi fəallığı açıqlanıb. 

 

TED.az xəbər verir ki, bu haqda Global Stats analitik şirkəti məlumat yayıb.

 

Məlumata görə, may ayı ərzində Feysbuk sosial şəbəkəsinin Azərbaycan üzrə istifadəçi fəallığı 39,64%, İnstaqram şəbəkəsinin 5,55%, YouTube videohostinq xidmətinin 18,06%, Tvitter şəbəkəsində isə 4,6% olub. 

 

Aprel ayının göstəricilərinə nəzər saldıqda Feysbuk (29,05%) və YouTube (15,49%) şəbəkələrinin istifadəçi fəallığında nəzərə çarpacaq dərəcədə artım hiss olunur.

 

Lakin Tvitter (10,52%) və İnstaqram (23,04%) platformalarında istifadəçi fəallığı olduqca azalıb. Xüsusilə də İnstaqram sosial şəbəkəsində 17,45% azalma qeydə alınıb. 

 

May ayı ərzində dünya üzrə Feysbuk istifadəçilərin fəallığı 72,03%, Tvitter 6,22%, İnstaqram 1,49%, YouTube-da isə 5,58% olaraq qeydə alınıb.

 

 

Zeynəb ƏKBƏR

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox