AZ

1 milyondan çox dövlət işçisinin fərdi məlumatları oğurlanıb – İT KRİMİNAL 

 

7bc55954ae843b1776deaefce160a94f.jpg
02.06.2020 15:29

İndoneziyada hakerlər 1,3 milyon məmurun şəxsi məlumatlarını oğurlayıblar. Məmurların şəxsi məlumatları İndoneziya Mədəniyyət və Təhsil Nazirliyinin sistemində saxlanılıb.

 

TED.az xəbər verir ki, hakerlərin kimliyi hələ ki, məlum deyil.

 

Hakerlərin əldə etdikləri informasiya sırasına adlar, şəxsiyyət vəsiqələrin nömrələri, ev ünvanları, valideyn məlumatları və digər şəxsi məlumatlar yer alıb. Sahə üzrə mütəxəssislərin fikrincə, bu cür hadisələrin artmasının səbəblərindən biri də məsafədən iş rejiminə keçiddir. 

 

Bununla əlaqədar olaraq, ölkənin Müdafiə Nazirliyi Zoom onlayn konfrans platformasının rəsmi sferada istifadəsini qadağan edib. Ölkə rəsmilərinin bunu milli təhlükəsizliyə təhdidlərlə izah edirlər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox