Bu abituriyentlər qəbul imtahanlarına buraxılmayacaq – RƏSMİ
Azərbaycanda orta təhsil alan əcnəbi vətəndaşlar arasında pandemiyadan öncə xaricə gedən, sərhədlər bağlandığı üçün ölkəyə qayıda bilməyənlər az deyil. IX-XI siniflərdə oxuyan belə şagirdləri narahat edən məqam isə iyun ayında buraxılış imtahanı vermələrinin zəruriliyidir.
Maraqlıdır, Azərbaycana gəlməkdə çətinlik çəkən bu şagirdlərin aqibəti necə olacaq? Dövlət İmtahan Mərkəzi onlayn yolla imtahanları kompensasiya edə bilərmi?
Mövzu ilə bağlı TED.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, Azərbaycanda əcnəbi sektorlarda oxuyan xarici ölkə vətəndaşları Azərbaycan dilindən imtahan verməlidirlər: "Bunun üçün mütləq şəxsi kabinet açılmalıdır. Şəxsi kabinet üçün sonuncu tarix isə 5 iyundur. Pandemiya nəzərə alınaraq, DİM həmin şagirdlər üçün sentyabrda imtahan keçirəcək. Onlar üçün onlayn imtahan da təşkil etmək olar. Amma belə abituriyentlər say baxımından azlıq təşkil edir və onlayn forma istənilən halda qarışıqlıq yaradır".
DİM-in Mətbuatla iş və elektron kommunikasiya sektorunun müdiri Xanlar Xanlarzadə də həmin şəxslər üçün sentyabrda yenidən buraxılış imtahanları keçiriləcəyini vurğulayıb: "Belə şəxslər bu il ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməyəcəklər".
"İndi açılan şəxsi kabinetdəki məbləğ sentyabra kimi qüvvədə qalacaqmı?" sualına cavab olaraq isə DİM rəsmisi bildirib ki, şəxsi kabinet şəxsiyyət vəsiqəsinin məlumatları əsasında açılır və ömürlükdür. Hansısa məbləğ də batmır, istənilən halda şəxsi kabinetdə qalır.
Lamiyə SÜLEYMANLI
Elm bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












