Uşaqların ədliyyə sisteminə çıxışı mövzusunda videokonfrans
Ədliyyə Nazirliyində BMT-nin Uşaq Fondu (UNİCEF) ilə birgə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların ədliyyə sisteminə çıxışı" mövzusunda videokonfrans formatında görüş keçirilib.
TED.az xəbər verir ki, tədbirdə Ədliyyə, Daxili İşlər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Baş Prokurorluğun, Ombudsman Aparatının məsul şəxsləri, hakim, Vəkillər Kollegiyasının nümayəndəsi, UNİCEF-in Azərbaycandakı ofisinin proqram rəhbəri və vətəndaş cəmiyyətinin üzvləri iştirak ediblər.
Görüşdə cəmiyyətimizin həssas təbəqəsi olan uşaqların hüquqlarının etibarlı qorunması üzrə ölkəmizdə görülən tədbirlər, bu sahədə aidiyyəti dövlət qurumlarının və vətəndaş cəmiyyətinin qarşılıqlı fəaliyyətinin, UNİCEF-lə əməkdaşlığın perspektivləri müzakirə olunub.
Bildirilib ki, uşaqların hüquqlarının müdafiəsi ölkəmizin də qoşulduğu BMT-nin "2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik"də əks olunan Dayanıqlı İnkişaf Məqsədlərinin vacib hədəflərindəndir. Həmçinin bu sahədə Azərbaycan və UNİCEF sıx əməkdaşlıq edərək yuvenal ədliyyənin inkişafı ilə bağlı birgə tədbirlər həyata keçirir.
Eyni zamanda, ölkəmiz UNİCEF tərəfindən hazırlanmış BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının yuvenal ədliyyə sahəsindəki öhdəliklərini ehtiva edən "Öhdəlik Bəyannaməsi"nə qoşulub və sənəd bu yaxınlarda Ədliyyə Nazirliyi tərəfindən imzalanıb.
Doğumun qeydiyyatı sahəsində görülən tədbirlərdən bəhs olunaraq bildirilib ki, Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən cari ilin 5 ayı ərzində 48 minə yaxın doğum dövlət qeydiyyatına alınıb, o cümlədən, qeydiyyatdan kənarda qalmış uşaqlar müəyyən olunaraq, onlara və səyyar qaydada tibb müəssisələrində ümumilikdə 700-ə yaxın doğum haqqında şəhadətnamə verilib.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı
Bluetooth qulaqcıq alarkən nələrə diqqət etmək lazımdır?



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












