AZ

Ən son iOS yeniləmə iPhone və iPad-i "sındırıb"

d8b196a6df50182585a73e9b668d7f75.jpg
03.06.2020 09:30

iPhone və iPad istifadəçiləri iOS əməliyyat sisteminin ən son yenilənməsini quraşdırdıqdan sonra qacetdə problem yarandığını bildiriblər. 

 

TED.az xəbər verir ki, Apple istifadəçiləri son yenilənmədən sonra batareyanın tez şəkildə bitməsindən şikayət ediblər.

 

Bəzi istifadəçilərin iOS-un 13.5 versiyasını yenilədikdən sonra smartfonlarının "çökdüyü" də məlum olub. Cihaz sahibləri qeyd ediblər ki, yenilənmədən sonra qacetlər mütəmadi olaraq yüklənir. 

 

Eyni problem iPad və iPad Pro-da da müşahidə olunur. Bu cihazların istifadəçiləri 13.4.1 versiyasını yenilədikdən sonra problemi aşkarlayıblar. Bundan əlavə, qacet sahibləri videonun MP4 formatında səhv səsləndirilməsinə də diqqət çəkiblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox