AZ

Gələcəkdə müharibələr necə aparılacaq? - ŞƏRH 

 

7f3ccff5c43edc7c1d34f4041c9e5506.jpg
03.06.2020 11:10

Amerikanın National Interest nəşri gələcəkdə müharibənin hansı formada aparılması barəsində məqalə hazırlayıb. Yazıda ən çox diqqət çəkən məqam müharibələrin "hiper şəbəkə" formasında aparılmasına dair fikirlər olub. 

 

TED.az xəbər verir ki, material rəngli bir izahla başlayır.

 

Jurnalistlər məqalədə belə bir mənzərəni təsvir edirlər: Hava dronu gizlənmiş düşmən hədəfini tapır, məlumatları kiçik kəşf qrupuna və robot silahlarına ötürür. Bu robotlar daha sonra düşmən ərazisi ilə manevr edərək əks hücum üçün mövqe tuturlar. Əsgərlər isə şəbəkəli robotlardan naviqasiya və nişan məlumatlarını alır, məlumatları pilotsuz, eləcə də idarə olunan nəqliyyat vasitələrinə, hava platformalarına göndərirlər. Təsvir daha çox film səhnələrini xatırlatsa da, ssenari uydurma deyil. Çünki torpaq və hava texnologiyasını əlaqələndirən alqoritmlər Carnegie Mellon Universitetinin mütəxəssisləri tərəfindən işlənilir. Bu konsepsiya ordu ilə tədqiqat təşkilatları arasında sıx əməkdaşlığı əhatə edir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox