AZ

Teledərslər bu tarixdən yeni formatda təqdim ediləcək

 

45a99de875cdaf6de37ba4e1c637c192.jpg
03.06.2020 13:25

İyunun 16-dan iyulun 17-dək teledərslər yeni formatda yenidən efirdə olacaq.


TED.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Feysbuk hesabında bildirib:

 

“Əziz abituriyentlər, "Dərs vaxtı" sizin təhsilinizi davam etdirmək arzunuzu alqışlayır və bu işdə sizə kömək etməyə hazır olduğunu bildirir.

 

Ümumiləşdirmələr, təhlillər, açıq və qapalı sualların "şifrələri", kompleks məsələlərin həll üsulları, mətnlə iş, informasiyanı düzgün emal etmək bacarığı və s. - bütün bunlar sizin imtahana daha yaxşı hazırlaşmağınıza imkan verəcək. "Abituriyentlər üçün dərs vaxtı"nı izləyin”. 

 

Qeyd edək ki, abituriyentlər üçün teledərslərin həftənin 5 günü keçirilməsi nəzərdə tutulur.

Elm bölməsindən digər xəbərlər

Daha çox