AZ

“Agtech – Pandemiyadan əvvəl və sonra” mövzusunda “Startup Grind - Ganja” tədbiri keçiriləcək

 

b447701594424a9ee5a833e7d4cb573b.jpg
03.06.2020 13:45

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə 26 iyun tarixində “Startup Grind - Ganja” tədbiri keçiriləcək.

 

TED.az xəbər verir ki, spiker qismində “Agtech Ukrayna”nın rəhbəri Yuriy Petruk çıxış edəcək. O, “Agtech - Pandemiyadan əvvəl və sonra” mövzusunda danışacaq.

 

Məlumat üçün bildirək ki, "Startup Grind" startaplar, təsisçilər, ixtiraçılar üçün yaradılmış dünyanın ən böyük icmalarından biridir. Tədbirin məqsədi həmfikir insanları bir araya gətirmək, öyrənmək, öyrətmək, kömək etməkdir. 2019-cu ildən başladılan tədbir mütəxəssislərin öz təcrübələrini paylaşdığı ənənəvi hərəkat halını alıb. 

 

Qeyd edək ki, tədbir Feysbuk–live vasitəsilə təşkil olunacaq.

Startaplar bölməsindən digər xəbərlər

Daha çox