AZ

Azneft yeni neft-mədən avadanlıqlarının istehsalına başladı

 

0dfb844fb4369182a4b56f30e3009925.jpg
03.06.2020 15:03

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsində istehsalına başlanılan təxminən 100 adda yeni ehtiyat hissəsinin daxili tələbatı ödəməklə yanaşı, əməliyyat şirkətləri və digər xarici firmalara satışı planlaşdırılır.

 

TED.az xəbər verir ki, müəssisənin əsas fəaliyyəti dəniz və quruda neftqazçıxarma idarələrini elektrik dalma qurğuları (dalma nasosları) ilə təmin etmək və həmin qurğuların təmirini həyata keçirməkdən ibarətdir. Müəssisə dalma qurğularının təmiri üçün lazım olan təxminən 150 adda ehtiyat hissəsi istehsal edilir.

 

İstehsalına başlanılan təxminən 100 adda yeni ehtiyyat hissəsinin yüksək keyfiyyətlə hazırladığını bildirən Mexaniki emal sahəsinin rəis müavini Ramil Mürsəlov bu sıraya MB-125 markalı nasosun porşeni və polad içlikləri, NB-32 və NB-125 markalı nasosların klapan qapağının kipgəci, ştok kipgəci, rezin məmulatlarının hazırlanması üçün pres qəlblər, ZB-250 markalı nasosun plunjerinin kipgəci, SUS markalı quyuağzı kipgəc üçün rezin kipləşdirici, dayaq halqası, SNS-105, SNS-180, SNS-300 markalı nasoslarda yarımmuftalar üçün rezin barmaqcıqlar, UNB-600 markalı nasosun klapan qapağının kipləşdiricisi üçün pres qəlblər, mancanaq dəzgahları üçün müxtəlif ölçülü qasnaqlar (şkif), 9MQR-61 markalı nasosun uzun ştoku, dozator nasosunun plunjeri, elektrik mühərrikinin qapağı, soyutma pəri, kabel birləşdirici qutusu və s. ehtiyat hissələrinin daxil olduğunu qeyd edir.

 

Hazırda müəssisədə yeni istehsalla bərabər neft-mədən avadanlıqlarının əsaslı təmiri də həyata keçirilir. Sıradan çıxmış bəzi ehtiyat hissələrinin artıq tam bərpa olunaraq yenidən istifadə üçün NQÇİ-lərə verilməsi prosesinə başlanılıb. Bu sıraya dartıcı rolik və ştanq elevatoru, NB-32 və NB-125 markalı nasosların oymaqları, 11 kVt-ALARKO tipli dalma nasosları, 22 kVt-ALK tipli dalma nasosları, 5,5 kVt-3000 d/d AİR-100L-2 tipli elektrik mühərriki, 11 kVt-1500 d/d AERM-132-2 tipli elektrik mühərriki, 7,5 kVt- 1500 d/d T-132-S2 tipli elektrik mühərriki daxildir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox