AZ

Dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılır

1a2f2cf0f782ccdec4371cef3d9e9f50.jpg
03.06.2020 15:26

Ekoloji cəhəddən təmiz və insan sağlamlığı üçün faydalı nəqliyyat növü olan velosipedin istifadəsini təşviq etmək məqsədi ilə dəmir yolu stansiyalarında velosiped dayanacaqları quraşdırılıb.

 

Bu barədə TED.az-a Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

 

Qeyd edilib ki, hər kəs öz velosipedini dayanacaqda ödənişsiz park edə bilər: "Hazırda Abşeron Dairəvi dəmir yolu xəttinin 13 stansiyasında velosipedlər üçün dayanacaqlar quraşdırılıb. Gələcəkdə yeni tikiləcək bütün stansiyaların velosiped dayanacaqları ilə təmin edilməsi də nəzərdə tutulur".

TED + bölməsindən digər xəbərlər

Daha çox