AZ

KOB-lar üçün məlumat platforması yaradıldı

ee59de6d7d78a18cdb76e98860d5a10c.jpg
03.06.2020 15:33

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların böhranın idarəedilməsi ilə bağlı bilik və bacarıqlarının artırılması üçün məlumat platforması yaradıb.

 

TED.az xəbər verir ki, KOB-lar

 

www.ebrdknowhowacademy.com saytında qeydiyyatdan keçməklə ödənişsiz olaraq interaktiv təlimlərdə iştirak edə, böhrandan çıxış yolları ilə bağlı ekspertlərin fikirlərini əks etdirən video materialları izləyə, banklar tərəfindən KOB-lara təklif olunan dəstək və resurslara dair müvafiq məlumatlar əldə edə bilərlər.

 

Azərbaycanla yanaşı, 30 ölkənin istifadə etdiyi platformada materiallar müxtəlif dillərdə, o cümlədən rus, ingilis və türk dillərində təqdim ediləcək.

 

Ətraflı məlumat üçün: Linara Əliyeva — (+99412) 497 10 14/15/17/18,

 

e-poçt: aliyevaL@ebrd.com

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox