AZ

Azərkosmos məşhur şirkətlə əməkdaşlığa başladı

 

0c0074e4487d436453eba2e08d8ee504.jpg
03.06.2020 17:29

Azərkosmos ASC Afrika regionunda telekommunikasiya və internet xidmətləri üzrə provayder olan “Space Engineering” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

 

TED.az xəbər verir ki, əməkdaşlığa əsasən “Space Engineering” provayderi vasitəsilə “Mwangaza” televiziya və radio kanalları “Azerspace-1” peyki üzərindən yayımlanacaq.

 

Keniya Respublikasında yayımlanan və təxminən 50 milyona yaxın izləyici və dinləyici auditoriyasına malik olan “Mwangaza” kanalında ingilis dilində gündəlik xəbərlər və sosial-iqtisadi mövzulu proqramlar nümayiş olunur.

 

Bundan əlavə “Space Engineering” Şərqi Afrika regionunda “Azerspace-1” peykinin resursları vasitəsilə müştərilərinə data xidmətləri təqdim edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox