AZ

Karantin yenidən sərtləşdirilə bilər - RƏSMİ 

 

619555d197887cda790c7d6a997c6b3a.jpg
03.06.2020 19:23

"Son günlər ölkədə yoluxmanın dərəcəsi artır".

 

TED.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

 

Onun sözlərinə görə, yoluxma ilə sağalma arasında fərq böyükdür: "Bu, yeni bir situasiya yaradıb. Əsas səbəb karantin qaydalarına əməl etməmələridir. Bu barədə Koronavirusinfo.az saytına vətəndaşlar tərəfindən şəkillər göndərilir. Buna görə də karantin qaydalarının yumşaldılmasının dayandırılması və karantin qaydalarının yenidən sərtləşdirilməsi məsələsi müzakirə edilir. Aidiyyəti qurumlar qərargaha müraciət ediblər. Cümə günü axşamdan bazar ertəsinə qədər hərəkətin tam məhdudlaşdırılması, iş rejimləri məhdudlaşdırıla bilər. Mağazalar da bağlana bilər. Bununla bağlı sabah Baş nazirin çıxışı olacaq və bundan sonra təfərrüatlar barədə məlumat veriləcək".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox