AZ

iPhone oğurlananda hansı addımlar atılır? 

b7565c70129a4b5f9aa57bf08d1f03f4.jpg
05.06.2020 23:56

Son günlərin əsas gündəmi ABŞ-dakı etiraz aksiyaları olub. George Floyd-un polis tərəfindən öldürülməsindən sonra başlayan və geniş arealı əhatə edən irqçilik əleyhinə aksiyalar təəssüf ki, pis niyyətli şəxslərə fürsət verib. Xuliqanlıq, quldurluq və oğurluq faktları artıb. Hətta bir neçə gün əvvəl Apple-a məxsus mağaza soyulub. 


Yaxşı, bəs bir Apple məhsulu oğurlandıqda nə baş verir? 


TED.az bu barədə kiçik bələdçi materialı təqdim edir:


Apple-a məxsus cihaz oğurlandığı halda işə məhsulun bloklanması ilə başlanılır. 


Ötən həftə oğurlanan cihazlara da bu üsul tətbiq edilib. Həmin məhsullara bildiriş göndərilərək cihazın bloklandığı və aidiyyəti qurumlar tərəfindən nəzarətə götürüldüyü qeyd olunub. 


Təxmin edə biləcəyiniz kimi, işə IMEI kodunun dəqiqləşdirilməsilə başlanılır. Mağazadakı iPhone-ların IMEI kodu Apple-ın bazasında olduğu üçün oğurlanan cihaz asanlıqla təyin edilir. Daha sonra cihazın tamamən bloklanması və istifadəyə yararsız hala gəlməsi üçün addımlar atılır. İstifadəçi smartfonla internetə qoşulduğu an cihaz sıradan çıxarılır. 


Cihazların satın alınma tarixləri isə 1990 və s. kimi qeyri-mümkün il seçilir. Çünki bu tarixdə qeydiyyata alınmış cihazlar satışı həyata keçirilməmiş məhsullar olur. Digər addım isə oğurlanan iPhone-ların operator adının “Chimaera/Blacklist Device Policy” kimi qeyd olunmasıdır. Belə olduğu halda ikinci əl iPhone satın almaq istəyənlərin mütləq IMEI kodunu Apple-ın internet saytından yoxlaması lazım gəlir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox