AZ

Hollivudda çəkilişlərin bərpa olunacağı tarix açıqlandı

 

a26a0c9ff82d891a5035418c87ef97a6.jpg
06.06.2020 10:58

ABŞ-ın Kaliforniya ştatındakı Hollivudda film və serial çəkilişləri iyunun 12-dən başlaya bilər.

 

TED.az xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusomun mətbuat xidmətindən bildiriblər.

 

Çəkilişlərin bərpa oluması üçün səhiyyə müfəttişinin icazəsi tələb olunacaq. Bundan başqa, çəkiliş meydançalarında ciddi sanitar tədbirlərə əməl edilməlidir.

 

Qeyd edək ki, ABŞ-da bu günədək 1,9 milyondan çox şəxs koronavirusa yoluxub. 111 mindən çox xəstə ölüb, 738 mindən çox insan sağalıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox