AZ

Pilotsuz avtomobillər yol qəzalarının qarşısını ala bilərmi?

da42d2a81745f439de308780e20983e3.jpg
06.06.2020 12:03

Sürücüsüz idarə olunan avtonom maşınlar ABŞ-dakı bütün qəzaların yalnız üçdə birinin qarşısını ala biləcək. 

TED.az xəbər verir ki, bu haqda ABŞ sığortaçıları tərəfindən maliyyələşdirilən Insurance Institute for Highway Safety (IIHS) araşdırma aparıb. 

 

Araşdırmada qeyd olunur ki, ötən il ABŞ-da avtomobil qəzalarında 36 mindən çox insan ölüb. Trafik mütəxəssisləri bildirirlər ki, on qəzadan təxminən doqquzu insan səhvi nəticəsində baş verib. Özünüidarəetmə sistemilə avtomobil istehsal edən şirkətlər insan amilini aradan qaldırmaqla yol ölümlərini kökündən azaldacaq tam avtomatlaşdırılmış maşınların çoxaldılmasına çalışırlar.

 

Tədqiqatçılar ölkə daxilində 5000-dən çox qəzanı təhlil edərək və qəzaya səbəb olan sürücü amillərini müəyyənləşdirib. Bütün qəzaların yalnız üçdə biri yanlış qavrayış səhvlərinin və ya sürücü hərəkətlərinin nəticəsi olduğu ortaya çıxıb. Qəzaların əksəriyyəti, digər yol istifadəçilərinin hərəkətləri və ya səhv manevrlər barədə yanlış fərziyyələr də daxil olmaqla daha mürəkkəb səhvlər nəticəsində baş verib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox