AZ

Tesla-dan 12 nəfərlik elektrokar anonsu

d025e77ae5ebbb518b7c8c67edd772cf.png
06.06.2020 22:46

Elektrikli avtomobil bazarında önəmli yerə sahib Tesla şirkəti maraqlı açıqlama ilə gündəmə gəlib. 


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət mühəndisləri ən azı 12 nəfər tutuma sahib elektrokar üzərində çalışırlar. 


Bu avtomobilin Elon Musk-ın nəqliyyat vasitələrinin hərəkətini tunellər vasitəsilə təmin etməyi planlaşdıran digər şirkəti Boring Company-nin sözügedən layihəsi çərçivəsində istehsal olunacağı qeyd olunur. 


Avtomobilin dizaynı hələ dəqiqləşməyib. Modelin istehsalının ən azı 2 il çəkəcəyi gözlənilir.


Qeyd edək ki, Tesla-nın hazırda satışda olan ən böyük modeli 7 nəfərlik Model X-dir. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox